- Baxış sayı: 35
- 26 Mart 2026 11:58
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

“Qalatasaray”ın mətbuat xidməti “Fənərbağça” ilə baş tutan matçdan (0:0) sonra rəqibin portuqaliyalı baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Allsport.az xəbər verir ki, “sarı-qırmızılar” Mourinyonun irqçilik etdiyini bildirib:
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə fəaliyyətə başladığı gündən türk xalqı haqqında daim aşağılayıcı açıqlamalar verib. Bu gün onun açıqlamaları əxlaqsız şərhlərdən sadəcə qeyri-insani ritorikaya çevrilib. Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı cinayət işi başlamaq, həmçinin UEFA və FİFA-ya rəsmi şikayətlər göndərmək niyyətimizi rəsmən bəyan edirik”
Oyundan sonra Mourinyo “Qalatasaray” oyunçularını meymun adlandırıb.