“Qalatasaray” ulduz futbolçunu transfer etmək istəyir

“Qalatasaray” gələn yay azarkeşlərini ulduz futbolçunun transferi ilə sevindirmək istəyir.

Allsport.az xəbər verir ki, İstanbul nəhəngi “Bavariya”nın hücumçusu Leroy Saneyə təklif göndərmək niyyətindədir. 28 yaşlı futbolçunun bundesliqa klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək.

Sane 2020-ci ildən “Bavariya”nın şərəfini qoruyur. O, bu mövsüm ərzində 19 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan