- Baxış sayı: 29
- 19 Mart 2026 13:56
- Baxış sayı: 224
- Mart 18, 2026
- 0

“Qalatasaray”ın iki ulduz futbolçusu çempionlar liqasında “Liverpul”a (0:4) qarşı keçirilən matçda ağır zədə alıb.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisinin 27 yaşlı hücumçusu Viktor Osimhen qarşılaşmanın ilk hissəsində sağ qolundan güclü zərbə alıb. Sınıq riski ilə əlaqədar fasilədə əvəzlənən nigeriyalı forvardın xəstəxanada aparılan müayinələr nəticəsində mil sümüyünün sındığı məlum olub. Qolu gipsə qoyulan oyunçunun əməliyyat olunub-olunmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Klubun digər üzvü Noa Lanq isə “Enfild” stadionunda reklam lövhəsinə çırpılaraq barmağından ciddi xəsarət alıb. Güclü qanaxma səbəbindən meydanı xərəkdə tərk edən 26 yaşlı niderlandlı vingerin sağ əlinin baş barmağında dərin kəsik aşkarlanıb. Futbolçunun Liverpulda təcili əməliyyat olunacağı bildirilir.