- Baxış sayı: 33
- 26 Mart 2026 18:28
- Baxış sayı: 150
- Mart 26, 2026
- 0

“Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Ağgünün yayda Almaniya çempionatına keçmək ehtimalı var.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu “Borussiya Dortmund”un maraq dairəsinə düşüb. “Arılar” artıq Türkiyə millisinin üzvü üçün ilkin danışıqlara başlayıb.
Ağgünün “cim-bom”la müqaviləsi gələn ilin yayında bitir. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub.