Qalimovla müqavilə imzalandı

“Avanqard” hücumçu Ansel Qalimovla müqavilə imzaladığını açıqlayıb.

Allsport.az xəbər verir ki, sözləşmə bir illikdir.

34 yaşlı rusiyalı 2024-25 mövsümündə “Spartak”da çıxış edərək, müntəzəm mövsümün 57 oyununda 26 xal (14 qol, 12 məhsuldar ötürmə), 11 pley-off oyununda isə 2 xal (2 qol, 0 məhsuldar ötürmə) toplayıb.
Qalımov daha əvvəl 2017-18 və 2018-19 mövsümlərində “Avanqard”da çıxış edib. O, həmçinin “Nefteximik”, “Metallurq Novokuznetsk”, “Dinamo Moskva” və Soçi klublarında da çıxış edib.

Həmin kateqoriyadan