Qapıçı mundialı buraxacaq

Meksika millisinin qapıçısı Luis Anxel Malaqon axil vətərinin qopması səbəbindən DÇ-2026-nı qaçıracaq.

Allsport.az xəbər verir ki, 29 yaşlı qolkiper KONKAKAF çempionlar kubokunda “Filadelfiya” ilə matçda ağır zədə alıb.

Əməliyyat olunacaq Malaqonun ev sahibliyi edəcəkləri dünya çempionatında əsas heyətdə yer alacağı gözlənilirdi. İndi millinin bir nömrəli postu üçün əsas namizədlər Raul Ranxel, Karlos Esevedo və veteran qapıçı Gilyermo Oçoadır.

Həmin kateqoriyadan