VİDEO
Qurbanovla Qarayev “Sent-Etyen” matçı öncəsi danışdı

Bu gün Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq “Sent-Etyen” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransı baş tutub. Allsport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və Qara Qarayev oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildiriblər.

Qurban Qurbanov: “Sent-Etyen”lə görüş çətin keçəcək. Üstəlik, biz səfərdə oynayırıq. Təbii ki, bir sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, istərdim ki sərəncamımda daha çox futbolçu olsun. Bununla belə, oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq”.

Qara Qarayev: “Sabahkı matç çətin olacaq. Məsuliyyəti dərk edirik. Qələbəyə oynayacağıq. Bu oyunda xəyallar qurmamılıyıq. Beş dəqiqə ərzində xəyal qura bilərik, amma bu bizim oyunumuza ciddi şəkildə mane ola bilər. Çox maraqlı oyun olacaq. Biz bilirik ki, “Sent-Etyen”ə qarşı görüşdə stadionda 30 mindən çox azarkeş olacaq. “Sent-Etyen”in stadionu bizə Tofiq Bəhramov adına Respublika stadionunu xatırladacaq”.

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Həmin kateqoriyadan