- Baxış sayı: 31
- 25 Yanvar 2026 16:02
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

“Kəpəz” premyer liqanın XVII turunda səfərdə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib: “Əvvəla fürsətdən istifadə edib “Qarabağ”ı çempionlar liqasındakı qazandığı qələbə münasibətilə təbrik edirəm. Komanda üçün Avrokubok yolu bundan sonra da davam edər və yaxşı nəticələr qazanar. Bu matça gəlincə, “Qarabağ”a qarşı oynadığımız üçün nə qədər çətin olacağını bilirdik. “Qarabağ”ın əsas və ya ehtiyat heytəninin fərqi yoxdur. “Qarabağ” ən top komandalardan biridir. Bunu Avropada da sübut edirlər. Maraqlı qarşılaşma alındı. Futbolçularımız yaxşı oynadılar, mübarizə apardılar. Azarkeşlərimizi, futbolçularımızı təbrik edirəm”.