- Baxış sayı: 27
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Qarabağ” bu gün Bakını tərk edib. Allsport.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda “Simurq”un qonağı olacaq komanda Zaqatalaya yollanıb.
Aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra Ağdam klubu yenə də ölkənin şimalında qalacaq. Belə ki, ağdamlılar aprelin 21-də yenə də “Simurq”la üz-üzə gəlməli olacaq: bu dəfə ölkə kubokunun yarımfinalda. Bakıya qayıtmayacaq “Qarabağ” kubok qarşılaşmasına da orada hazırlaşacaq.
Yarımfinal qarşılaşmasından sonra Bakıya dönəcəyini nəzərə alsaq, Ağdam klubunun paytaxtı 1 həftəlik tərk etdiyini söyləmək olar.
Qeyd edək ki, çempionat çərçivəsində baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.