- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi cari mövsümün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Azərbaycan premyer liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun arena”dakı təlim-məşq bazamızda baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Köhlən atlar” yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.
Mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.