- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
Allsport.az xəbər verir ki, bu, premyer liqanın XVII turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında bu həddə çatan ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.
“Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.