- Baxış sayı: 28
- 16 Dekabr 2025 19:55
- Baxış sayı: 44
- Dekabr 16, 2025
- 0

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Allsport.az xəbər verir ki, komandanın 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.
Azərbaycan premyer liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
“Qarabağ” yanvarın 10-dan 17-dək Antalyasa yerləşən Bələk bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
“Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də “Ayntraxt”a qarşı keçirəcək.