- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Nyukasl”ın hücumçusu Entoni Qordon çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” üzərində qazanılan qələbəni (6:1) şərh edib.
Allsport.az xəbər verir ki, futbolçu qazanılan uğurda komanda ruhunun rolunu önə çəkib: “Təkcə özümlə deyil, hər bir komanda yoldaşımla fəxr edirəm. Bakıda oynamaq çətindir, lakin düzgün köklənmə həlledici oldu. “Qarabağ” çox yaxşı komandadır. İlk dəqiqələrdən tətbiq etdiyimiz pressinq oyunun tempini müəyyənləşdirdi və rəqibə göstərdiyimiz təzyiq qol epizodlarımızın yaranmasına şərait yaratdı”.
Fərdi uğurlardan çox komanda hədəflərinin vacibliyini vurğulayan Qordon deyib: “Rekordlar yaxşıdır, lakin futbol kollektiv oyundur. Fərdi nailiyyətlər yalnız komanda qalib gəldiyi halda məna kəsb edir. Hazırda məqsədimiz hər oyuna ayrılıqda hazırlaşmaq və qələbə seriyasını davam etdirməkdir”.
Komandalar arasında cavab qarşılaşması fevralın 24-də Nyukasl şəhərində keçiriləcək.