- Baxış sayı: 60
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Ağdam klubu bu dəfə Rusiyanın “Lokomotiv” (Moskva) komandası ilə görüşdə qüvvəsini sınayıb.
4 qolun vurulduğu qarşılaşma sülhlə bitib.
Qeyd edək ki, “Qarabağ” ilk sınaq görüşündə yerli “Horn” komandasına 3:4, Rumıniyanın “Styaua” klubuna isə 2:3 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
7 iyul
21:30. “Qarabağ” – “Lokomotiv” – 2:2 (1:1)
Qollar: Kasayev, 36 (0:1), Reynaldo, 45+1 (1:1), Tarasov, 74 (1:2), Tağıyev, 78 (2:2)
“Qarabağ”ın start heyəti: İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov (к), Bədavi Hüseynov, Ansi Aqollu, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Alharbi El-Jadeyui, Dani Kintana, Reynaldo.
İkinci hissədə meydana çıxanlar: Elvin Yunuszadə, Coşqun Diniyev, Elvin Məmmədov, Vüqar Mustafayev, Azər Salahlı, Namiq Yusifov və İlqar Qurbanov.
Qeyd edək ki, “Qarabağ” sabah Azərbaycana qayıdacaq.