- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Ağdam klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniya “Styaua”sı ilə qarşılaşıb.
Oyun rumınların çox erkən qolu ilə başlayıb. Amma ağdamlılar buna Reynaldonun qolu ilə vaxtında cavab veriblər. Fasilədən sonra yenə “Styaua” hesabda önə keçib. Görüşün sonlarında Namiq Ələsgərov hesabı bərabərləşdirib. Lakin bu da matçda son qol olmayıb. Qarşılaşmanın bitməsinə az qalmış Rumıniya nəhəngi qələbə qolunu da vurmağa imkan tapıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk sınaq görüşündə Avstriyanın “Horn” klubuna 3:4 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
3 iyul
20:30. “Qarabağ” – “Styaua” – 2:3 (1:1)
Qollar: Reynaldo, 6 (1:1). Ələsgərov, 85.
“Qarabağ”ın start heyəti: İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Cavid Tağıyev, Reynaldo, Riçard Almeyda, Dani Kintana, Alharbi Jadeuyi.