- Baxış sayı: 21
- 10 Yanvar 2025 16:27
- Baxış sayı: 35
- Yanvar 10, 2025
- 0
Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olub.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin təşkilatçılığı ilə keçirilən qala mərasimdə “Qarabağ” müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb.
Buna “köhlən atlar”ın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Ağdam təmsilçisi 2023/24 mövsümündə Azərbaycan çempionu adını 11-ci dəfə qazanıb. “Qarabağ” ölkə kubokunu da əldə edərək “Qızıl dubl”a imza atıb. Ötən mövsümdə Avropa liqasında pley-offu keçərək 1/8 finala bu qədər irəliləyən komanda bu mərhələyə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. 2024/25 mövsümündə ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsinə yüksələn kollektiv premyer liqada qış fasiləsinə 1-ci pilədə yollanıb.
Bu uğurların nəticəsində “Qarabağ” ilin ən yaxşı kişi komandası seçilib. Mükafat klubun baş direktoru Əmrah Çəlikələ təqdim olunub. Klubun baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı məşqçisi nominasiyasında 3-cü yeri tutub.