- Baxış sayı: 28
- 18 Mart 2025 16:27
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Azərbaycan premyer liqasının XXVII turunun “Kəpəz” – “Qarabağ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, Ağdam təmsilçisinə qarşı oynamağı çətin olduğunu bildirib:
“Dəstəyə görə bütün azarkeşlərimizə təşəkkür edirəm. Bir xal bizim üçün qənimətdir. Xallarımızın üstünə daha biri əlavə olundu. Bu, sevindirici haldır. Oyunun ilk 15 dəqiqəsində yaxşı çıxış etmədik. Sonradan uşaqlarda özünəinam yarandı. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Futbolçular vaxt irəlilədikcə daha güvənli oldular. Məncə, oyunu uduza da bilərdik. Qol epizodlarımız da oldu. “Qarabağ”la oynayanda əks-hücumu seçməlisən. Çünki buna məcbursan. Rəqibin futbolçularının səviyyəsi yüksəkdir”.