- Baxış sayı: 25
- 14 Dekabr 2025 23:03
- Baxış sayı: 161
- Dekabr 14, 2025
- 0
“Qarabağ” Antalyada təlim-məşq toplanışının sonuna yaxınlaşır. Allsport.az xəbər verir ki, bu gün hava şəraitinin yağmurlu olmasına baxmayaraq, Ağdam klubu axşam məşqinə çıxıb.
İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.
Qeyd edək ki, “Qarabağ” sabah sonuncu yoxlama oyununa çıxacaq. Rəqib Ruminiya təmsilçisi “Tarqu-Mureş” klubu olacaq. Oyun Bakı vaxtıyla 19:30-da start götürəcək.