- Baxış sayı: 28
- 16 Dekabr 2025 13:45
- Baxış sayı: 448
- Dekabr 15, 2025
- 0

Ötən gün Portuqaliyada “Braqa” üzərində tarixi qələbə qazanan (4:2) “Qarabağ”ın 3 futbolçusu – qapıçı Andrey Lunyov, yarımmüdafiəçi Marko Yankoviç və vinger Abdullah Zubir “SofaScore” platformasının dəyərləndirməsinə görə, Avropa liqasında həftənin rəmzi komandasına seçiliblər.
Allsport.az xəbər verir ki, qələbəyə 2 qol və 1 ötürmə ilə böyük töhfə verən Mərakeş əsilli fransalı 1/16 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizəddir. Abdullah Zubirdən savayı, bu ada “Milan”dan Ruben Loftus-Çik, “Qalatasaray”dan Mauro İkardi və “Benfika”dan Anxel di Mariya da iddialıdır.