“Qarabağ”ın prezidenti: “Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin”

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl, Avropa liqasının pley-ofunun ilk matçında Sloveniyada yerli “Olimpiya” klubunu üzərində 2:0 hesablı qələbəyə şərh verib:

““Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin.

Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.

Həmin kateqoriyadan