- Baxış sayı: 57
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bir müddət öncə DOST TV-nin efirində yayımlanan “İdmançının Dostu” verilişinin qonağı olan gənc parataekvondoçu Amin Əliyev “Qarabağ” klubunun və bu komandanın braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi olduğunu bildirmişdi. Allsport.az xəbər verir ki, o, Kadiyə görə özünə “Kadi” ləqəbini götürüb.
Avropa gənclər paralimpiya oyunlarının qızıl medalçısı 19 yaşlı paralimpiyaçımızın ən böyük arzusu, “köhlən atlar”ın ulduz futbolçusu ilə görüşmək idi.
Milli paralimpiya komitəsinin təşkilatçılığı ilə Azərbaycan taekvondo federasiyasının məşq zalında keçirilən görüşdə idmançımızın arzusu gerçəkləşib. Kadi Borges parataekvondoçularımızın məşqinə gələrək Amin Əliyevə sürpriz edib. Braziliyalı futbolçu ona öz köynəyini hədiyyə edib. Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılarımız üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.