- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində gənc sərbəst güləşçilərin beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, “12 fevral” adlanan yarışda Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstan komandaları mübarizə aparıblar.
Millinin məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə qardaş ölkədə xalçaya çıxan 14 güləşçidən 10-u fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gəliblər.
Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal qazanınlar.
Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal ilə komanda hesabında 2-ci yer tutmuşuq. Turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.