Qarsiyanın durumu bilindi

“Barselona”nın qapıçısı Joan Qarsiya tibbi müayinədən keçib və klubun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı qolkiperdə hər hansı ciddi zədə aşkarlanmayıb.

Allsport.az xəbər verir ki, Qarsiya çempionlar liqasının 1/8 final mərhələsində “Nyukasl”a qarşı keçirilən və komandasının 7:2 hesablı qələbəsi ilə başa çatan cavab oyununun sonunda əvəzlənmişdi. İlkin məlumatlarda futbolçunun sol baldır əzələsindəki yırtıq səbəbindən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilsə də, son müayinələr qorxulu bir şeyin olmadığını üzə çıxarıb.

Beləliklə, Joan Qarsiya artıq martın 22-də “Rayo Valyekano”ya qarşı keçiriləcək növbəti matçda iştirak etməyə hazır olacaq.

Həmin kateqoriyadan