- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Barselona” yarımmüdafiəçi Qavi ilə müqaviləni uzadacaq.
Allsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər yeni sözləşmənin imzalanması barədə razılığa gəliblər.
Qavi razılaşmaya əsasən 2031-ci ilə qədər “Barselona”da çıxış edəcək. Müqaviləyə 1 milyard avroluq satın alma maddəsi daxildir.
Bu mövsüm Qavi “Barselona”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.