Qazanda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazandılar

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ASAPES) tələbələri Tatarıstan paytaxtı Qazanda üzgüçülük üzrə “Rektor kuboku”nda 2 qızıl, 4 gümüş, 3 bürünc medala yiyələniblər.

Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvlərindən Əbdürrəhman Rüstəmov 50 metr və 200 metr batterflay üsulunda qızıl, Fatimə Alkərəmova isə 100 metr sərbəst üsulda bürünc medala sahib olublar.

Əbdürrəhman Rüstəmov 100 metr batterflay üsulunda, 200 metr qarışıq üsulda, 200 metr sərbəst üsulda gümüş medal qazanıb. Rəşad Alquliyev 200 metr qarışıq üsulda bürünc, Fatimə Alkərəmova 200 metr sərbəst üsulda gümüş, 200 metr qarışıq üsulda isə bürünc medala layiq görülüblər.

Həmin kateqoriyadan