Qazaxıstan toplanışına davam

Qadın güləş yığmamız Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışı davam etdirir. Allsport.az saytı xəbər verir ki, mayın 17-dən yerli komandayla birgə hazırlıq keçən millimizin heyətində 8 güləşçi yer alıb.

Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında TMT-də Türkan Nəsirova, Şəhanə Nəzərova (hər ikisi – 50 kq), Leyla Qurbanova, Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq), Jalə Əliyeva, Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edirlər.

İyunun 1-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb. Millimiz toplanış başa çatdıqdan sonra iyunun 2-dən 5-dək bu şəhərdə “Polad Turluxanov kuboku”nda iştirak edəcək. Bu yarış həm də ilin 2-ci reytinq turniri statusunu daşıyır.

Həmin kateqoriyadan