- Baxış sayı: 58
- 03 Dekabr 2025 22:47
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Allsport.az xəbər verir ki, “A” milli Qazaxıstan yığması ilə qarşılaşıb.
Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.