Qazaxıstandan gümüş medalla dönür

Qazaxıstanın paytaxtı Nur Sultanda Denis Tenin xatirəsinə fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib. 

Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Yekaterina Ryabova gümüş medal qazanıb. O, sərbəst proqramda 115,73 xal, yekunda 179,59 xal toplayıb. Qalib adını yekunda 190,06 xalla belaruslu Viktoriya Safonova (sərbəst proqramda 123,39 xal) əldə edib. 

Almaniyanı təmsil edən əslən azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova isə yekunda 136,99 xalla (sərbəst proqramda 87,01 xal) 6-cı yeri tutub. 

Yekaterina Ryabova Vladimir Litvintsevlə birgə Pekin-2022 qış olimpiya oyunlarına lisenziya qazanıb.

Həmin kateqoriyadan