- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qazaxstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu mübarizədə yerli pəhləvanlarla yanaşı, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan millisi iştirak edib.
64 pəhləvanın yarışdığı 59 kq-da Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq-da Mehdi Kərimi gümüş medalla kifayətlənib. Finala qədər itkisiz irəliləyən güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.