- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
10-11 dekabrda Macarıstan paytaxtı Budapeştdə güləşçilərin qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər 3 növdə təmsil olunacağıq.
“Sərbəst”lərdə ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinoməhəmməd (70 kq) təmsil edəcəklər.
Yunan-Roma güləşində pəhləvanlarımız baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi ilə çıxış edəcəklər: Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq).
Qadınlarıın sınağında baş məşqçi Semyon Çteryov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaq.
Hakimlər briqadasında olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edəcəklər.
İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar xalça üzərinə çıxacaqlar.