- Baxış sayı: 44
- 22 Dekabr 2024 22:27
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Əlcəzairin Oran şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub.
Allsport.az xəbər verir ki, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında ən güclü səkkizliyə yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız güclü rəqibinə 44:45 hesabı ilə uduzub.
Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Əlcazair seçmə kollektivini 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda keçirilən qarşılaşmada isə böyüklərdən ibarət sablya üzrə yığmamız İspaniya seçmə kollektivinə 32:45 hesabı ilə uduzub.
Palina Kaspiaroviç zədələndiyindən komandamız Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.
Sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Zərifə Hüseynova qrup mərhələsini uğurla başa vursa da, pley-offda mübarizəni dayandırıb. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı macar Katinka Battaniyə 7:15 hesabı ilə uduzub.