- Baxış sayı: 60
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Ölkə çempionatının güclülər dəstəsində 30-cu turda Bakıda “Neftçi” klubu ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Simurq”la aprelin 9-da keçirilən son turun oyunundan sonra 2 günlük istirahət edən kollektiv, ardından bərpa etdiyi çalışmalara srağagün Qəbələdə start verib.
Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo istisna olmaqla, bütün futbolçular iki gündür davam edən məşqlədə iştirak edib. Roman Qriqorçukun komandası aprelin 16-da paytaxta yollanacaq. “Qırmızı-qaralar”ın oyun öncəsi son məşqinin Bakıda baş tutması planlaşdırılıb.
Qeyd edək ki, “Neftçi” ilə Bakıdakı qarşılaşma aprelin 17-də “Bakcell Arena” stadionunda keçiriləcək.