- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün qitə birinciliyində ölkəmizi təmsil edəcək qızlardan ibarət milli üzvləriylə görüş keçirilib.
AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə inandıqlarını bildiriblər və onlara uğurlar arzulayıblar.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə ölkəmizi Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) təmsil edəcəklər
AÇ-nin proqramına əsasən, iyunun 14-də qızlarda püşkatma keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə olacaq.