YENİLƏNDİ
Qitə çempionatında Hacı və Cəbrayıl 1-ci, Ağahüseyn 2-ci, Mahir və Nurməhəmməd 3-cü oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən bahadırlar öz aralarında qalibləri müəyyənləşdirdilər. Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev təsəlliverici görüşləri uğurla bitirdilər. Həlledici tutaşmada adı ilk çəkilən gənc idmançımız 3-cü yeri tutmaq fürsətini fövtə vermədi.

3-qat dünya və 2-qat Avropa çempionu Hacı Əliyev, millinin kapitanı Cəbrayıl Həsənov və Ağahüseyn Mustafayev 1/2 finala qədər irəliləyə bildilər. Bu mərhələdə hər 3 pəhləvanımız qalib gəlməyi bacardı.

57 kq
1/8 final – Mahir Əmiraslanov – Aleksandru Kirtoaka (MDA) 9:7
1/4 final – Mahir Əmiraslanov – Süleyman Atlı (3:6)
Təsəlliverici görüş – Mahir Əmiraslanov – Zuheyir Əl Oraj (FRA) 10:5
Bürünc medal görüşü – Mahir Əmiraslanov – Georgi Valentinov Vangelov (BUL) 8:6

65 kq
Təsnifat – Hacı Əliyev – Hüseyn Şaxbanov (BLR) 7:2
1/8 final – Hacı Əliyev – Vazgen Tevanyan (ARM) 1:0
1/4 final – Hacı Əliyev – Naçin Kular (RUS) 5:3
1/2 final – Hacı Əliyev – Maksim Sakultan (MDA) 12:2
FİNAL – Hacı Əliyev – Səlahəddin Qılıncsallayan (TUR) 7:0

70 kq
Təsnifat – Ağahüseyn Mustafayev – Məhəmmədrəsul Qazıməhəmmədov (RUS) 5:3
1/4 final – Ağahüseyn Mustafayev – David Safaryan (ARM) 12:2
1/2 final – Ağahüseyn Mustafayev – Nikolae Koyokaru (GBR) 6:0
FİNAL – Ağahüseyn Mustafayev – Mustafa Qaya (TUR) 2:6

79 kq
Təsnifat – Cəbrayıl Həsənov – Nika Kentçadze (GEO) 6:5
1/4 final – Cəbrayıl Həsənov – Franko Mario Buettner (GER) 12:1
1/2 final – Cəbrayıl Həsənov – Andrey Karpaç (BLR) 9:4
FİNAL – Cəbrayıl Həsənov – Əhməd Hacıməhəmmədov (RUS) +:-

97 kq
1/8 final – Nurməhəmməd Hacıyev – Abdulrəşid Sadullayev (RUS) 0:3
Təsəlliverici görüş – Nurməhəmməd Hacıyev – Gennadi Kudinoviç (GER) 10:0
Bürünc medal görüşü – Nurməhəmməd Hacıyev – Məhəmmədhacı Nurov (MKD) 5:0

Həmin kateqoriyadan