- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
16-18 oktyabrda Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası kubok” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandanın məşqçilər heyətinin rəyinə əsasən, turnirdə 11 güləşçimizin iştirakı planlaşdırılır.
Məşqçi David Kurtsiyanın rəhbərliyi ilə Xasavyurtda Ruslan Qasımov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Teymur Məmmədov (hər ikisi – 65 kq), Coşqun Əzimov, Emin Əzizov (70 kq), Məhəmmədhacı Muxutov, Mircəfər Murtuzlu (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov, Məhəmməd Abdulxalikov (86 kq) və Əli Məhəmməddəbirov (125 kq) mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək. Yarışın proqramına əsasən, 17 oktyabrda 57, 65, 74 və 97 kq, oktyabrın 18-də isə, 61, 70, 85 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.