“Qızıl medal onların haqqı idi”

Bakı idman sarayında U-23 Avropa çempionatının son günündə sərbəst güləşdə 74 kq-da Cəbrayıl Hacıyev finalda rusiyalı Kamil Abdulvahabova 6:5 qalib gəldi. Mükafatlandırmadan sonra o sevincini allsport.az saytı ilə bölüşdü:

“Qələbəni Azərbaycan xalqına həsr edirəm. Arenada çoxlu azarkeş vardı. Əsl izdiham yaşanırdı. Qızıl medal onların haqqı idi.

Növbəti hədəf Los Anceles olimpiadasıdır. Hər bir idmançının arzusu bu oyunlarda iştirak etməkdir. Düzdür, milli komandada gərgin rəqabət var. Bu da yaxşı haldır. Qoy ən güclü olan 1-ci nömrə olsun.

Yurd dışında biz hamımız azarkeş olaraq bir-birimizi dəstəkləyirik. Kollektiv daxilində rəqibik. Sağlam rəqabət var. Son qərarı məşqçilər həyəti verəcək”.

Həmin kateqoriyadan