- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə FİLA “Qızıl qran-pri”nin final mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 49 ölkədən 500-ə yaxın ən güclü pəhləvanlar mübarizə aparıb. Son mübarizə günündə “klassiklər” rəqabətə qoşulublar.
Millimiz bu sınaqda 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) 1-ci, Elvin Mürsəliyev (75 kq) 2-ci, Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) 3-cü yerləri tutublar.
Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadınlarımız 1 gümüş və 2 bürünc medala yiyələniblər.