- Baxış sayı: 22
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qadın futbol millisi “B” liqasının 1-ci qrupunda bu gün evdə Türkiyəyə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra baş məşqçi Siyasət Əsgərov açıqlama verib:
“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır. Türkiyə superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.
Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir 11-metrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.