- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

İyunun 26-dan 29-dək Türkiyənin Qocaeli şəhərində Yaşar Doğu, Vəhbi Əmrə və Həmid Qaplanın xatirəsinə güləş turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak edəcək.
Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq), Məhəmməd Şükürzadə (67 kq), Laçın Vəliyev və Cocu Səmədov (hər ikisi – 87 kq) qüvvəsini sınayacaq. Qadınların heyətindı Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi – 55 kq) və Birgül Soltanova (62 kq) yer alıblar.
“Sərbəstlər”in mübarizəsinə Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı – 79 kq), Əli Sokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Qarsanov (125 kq) döşək üzərinə çıxacaqlar.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da, medallar uğrunda qarşılaşmalar isə 18:30-da başlayacaq.
Turnirdə ölkəmizi 3-cü dərəcəli beynəlxalq dərəcəli hakimlər Elgün Məmmədov və Samil Fəttayev təmsil edəcəklər.