- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində keçirlmiş İngiltərə – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib. Allsport.az xəbər verir ki, millimizin çalışdırıcısı 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“İki real qol şansımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı. Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir. Fikrimcə, ölkəmizi burada yaxşı təmsil edirik. Kollektiv olaraq düzgün seçim edib yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək. Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”.