- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“İranda keçirilən dünya kubokunun püşkatmasının nəticələri bir o qədər əhəmiyyətli deyil. Yarışda qələbə üçün hər rəqibə qalib gəlməyə iqtidarında olmalısan”. Allsport.az saytı xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Rusiya millisinin baş məşqçisi Qoqi Koquaşvili ölkəsinin KİV-inə müsahibəsində deyib. Mütəxəsissin sözünə görə, hamı Arazın o tayına güclü heyətlə gəlib:
“Bütün komandalar güclü heyətlə təmsil olunacaqlar. Bizdə hər şey normaldır. İndi bütün rəqiblər ideal formada deyil. Olimpiadalardan sonra bu təbiidir. Dünya çempionatı üçün yaxşı hazırlıq səviyyəsində olmalıyıq. Amma indi həmişəkindən daha güclü və mütəşəkkilik.
Azərbaycan və Türkiyə güləşçiləri güclüdürlər. Əvvəlki nəticələrə baxıb deyə bilərəm ki, görünür, elə bu komandalar da öz aralarında 1-ci yer uğrunda mübarizə aparacaqlar”.
Dünyanın 8 ən güclü komandası arasında yarış 16-17 martda Abadanda keçiriləcək. Azərbaycan güləşçiləri Türkiyə, Belarus və Ukrayna ilə “B”, Rusiya, İran, Qazaxıstan və Almaniya komandaları “A” qrupunda yer alıblar.