Qran pridə mübahisəli nəticələr – FOTO

Rusiyanın Maqnitoqorsk şəhərində keçirilən qran pri mərhələsi ölkə daxilində tətbiq edilməyə başlayan yeni beynəlxalq qiymətləndirmə standartları ilə diqqət çəkib. Allsport.az xəbər verir ki, buz rəqsləri yarışları gözlənilməz nəticələrlə başa çatıb.

Vasilisa Kaqanovskaya və Maksim Nekrasov gözlənildiyi kimi, 197,96 balla turnirin qalibi olublar. Duet bu mərhələdə iki həftə əvvəlki çıxışlarından 7 bal çox toplayıb, lakin hakimlərin onlara verdiyi 123,66 ballıq qiymət bəzi mübahisələrə səbəb olub.

Ritm rəqslərindən sonra lider olan Sofiya Leontyeva və Daniil Qorelkin sərbəst rəqsdə yaxşı çıxış etsələr də, 191,75 balla ikinci yerə düşüblər.

Uzun fasilədən sonra qayıdan Yelizaveta Şiçina və Pavel Drozd sabit çıxışları sayəsində 182,79 balla bürünc medal qazanıblar.

Ritm rəqslərində yıxılan Yelizaveta Paseçnik və Dario Çirizano (174,57 bal) çətin proqramda sinir gərginliyi səbəbindən ancaq 4-cü yerlə kifayətləniblər. Sofiya Şevçenko və Andrey Yejlov isə zəif çıxış edərək 6-cı yerə geriləyiblər (161,05 bal).

Nəticələr mövsümün əvvəlində yüksək səviyyəli idmançıların belə, səhvlərə yol verdiyini və yeni qiymətləndirmə sisteminin hələ də tam sabitləşmədiyini göstərib.

Həmin kateqoriyadan