- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İspaniyanın “Qranada” klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovdan imtina edib. Allsport.az xəbər verir ki, futbolçumuz son mövsümdə bu komandada çıxış etsə də, tərəflər əməkdaşlığa son qoymağa qərar veriblər.
Belə ki, “Qranada” Eddini yenidən icarəyə götürməkdən və ona görə “Mursiya”ya 1.5 milyon avro ödəməkdən imtina edib. Bu üzdən də iyunun 30-da İsrafilovun “Qranada” ilə icarə müqaviləsinin müddəti başa çatacaq.
Qeyd edək ki, İsrafilovla “Almeriya”, “Eybar” və “Vest Bromviç” kimi klublar maraqlanır.