Qriliş klubunu dəyişir

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş klubunu dəyişə bilər.

Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu “Tottenhem”in maraq dairəsinə düşüb. “Şəhərlilər”in heyətində özünü doğrultmayan 29 yaşlı oyunçu artıq qış transfer pəncərəsində London təmsilçisinə keçə bilər.

Qriliş cari mövsüm ərzində 18 oyunda meydana çıxıb və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan