- Baxış sayı: 120
- 19 Dekabr 2025 11:10
- Baxış sayı: 168
- Dekabr 19, 2025
- 0


12-ci Prezident kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşmışdır.
Allsport.az xəbər verir ki, qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma “Polad” və “Sərhədçi” çövkən komandaları arasında keçirilmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdır.
Günün ikinci qarşılaşmasında isə “Elit” çövkən komandası “Buta Golden” komandası üzərində 4:2 hesablı qələbə qazanmışdır.
Keçirilən oyunların nəticələrinə əsasən, “A” qrupunda “Polad” komandası 1-ci yeri, “Sərhədçi” komandası 2-ci yeri, “Zəfər” komandası isə 3-cü yeri tutmuşdur.
“B” qrupunda isə “Elit” komandası 1-ci yerə, “Embavud” komandası 2-ci yerə, “Buta Golden” komandası isə 3-cü yerə layiq görülmüşdür.
Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinal mərhələsində “A” qrupunun birincisi “B” qrupunun ikincisi ilə, “B” qrupunun birincisi isə “A” qrupunun ikincisi ilə qarşılaşacaqdır.
Yarımfinal oyunları 22 dekabr saat 15:00-dan etibarən keçiriləcəkdir.