- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Aprelin 26-da gənclər və idman nazirliyində Azərbaycan yelkənli idman federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Sonra, hesabat dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq, qəbul edilib. Təşkilatın bundan sonra Azərbaycan yelkən federasiyası adlandırılması qərara alınıb.
Ardınca federasiya rəhbərliyinə yeni seçki keçirilib. Qüdrət Qurbanov yenidən pezident seçilib.
Konfransda həmçinin, Burcu Alqon Girogianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə icraiyyə komitəsinə üzv seçiliblər.
Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib.