Kvinsi Promesin həps oluna bilər

Amsterdam məhkəməsi “Spartak”ın hücumçusu Kvinsi Promes haqqında cinayət işinin istintaqını bərpa edib.

Allsport.az xəbər verir ki, iş üzrə qərar martın 17-də verilməli idi, lakin məhkəmə istintaqın davam etdiyi üçün hökmü təxirə salıb. Məhkəmə martın 17-də keçiriləcək iclasda bu məsələ ilə bağlı əlavə açıqlama verəcək.

Niderland dövlət prokurorluğu daha əvvəl 31 yaşlı futbolçunun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onun 2020-ci ildə bir məclisdə əmisi oğlunu dizindən bıçaqladığı iddia edilirdi.

Bundan əvvəl hücumçunun həbs olunacağı halda “Spartak”ın futbolçu ilə müqaviləni pozmaq hüququna malik olacağı bildirilib.

Futbolçu Rusiya premyer liqasının cari mövsümündə 18 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan