- Baxış sayı: 306
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Bolqarıstan paytaxtı Sofiyada U-20 dünya çempionatında yunan-Roma güləşçilərimiz 119 xalla komanda hesabında 2-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, bu yarışda fəxrü kürsünün zirvəsinə çıxan Qurban Qurbanov (72 kq) sevincini belə bölüşüb:
“Federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdaram. 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olmuşdum. Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim.
Allaha şükürlər olsun, zəhmətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.