Qurban Qurbanov: “Vacib 3 xal qazandıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

”Vacib 3 xal qazandıq. Futbolçularda yorğunluq var. Buna rəğmən yaxşı oynadılar. Bilirdik ki, AZAL bizimlə oyuna yaxşı hazırlaşacaq. Ona görə də həm ehtiyat edirdik, həm də ciddi hazırlaşırdıq. Bu gün biz qalib gəldik. Öz növbəmdə Tərlan Əhmədova və komandasına uğurlar arzu edirəm. Biz hazırda sıx qrafikdə oynayırıq. Çalışırıq ki, problemləri hiss etdirməyək”.

Həmin kateqoriyadan