- Baxış sayı: 27
- 11 Mart 2026 21:36
- Baxış sayı: 100
- Mart 11, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubundan ayrıldıqdan sonra karyerasına fasilə verəcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu qərarın qəti olduğunu bildirib.
Qvardiola fasilənin müddətini dəqiq bilməsə də, özünə və sağlamlığına vaxt ayırmaq niyyətindədir. O, bu istəyini katalon dilindəki “badar” ifadəsi ilə izah edərək, sadəcə dayanıb həyatın axışını izləmək istədiyini vurğulayıb: “Babam deyərdi ki, sən mənə inəklərin sürət qatarına baxdığı kimi baxırsan. Mən də məhz bunu – dayanıb hər şeyin yanımdan necə keçdiyini seyr etmək istəyirəm”.
2007-ci ildən məşqçilik edən Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” kimi nəhəng klubları çalışdırıb.